“Barsa” “Qrizmann məsələsi”nə görə 300 avro cərimələndi

İspaniyanın Futbol Federasiyasının Rəqabət Komitəsi “Barselona” futbol klubunu “Qrizmann məsələsi”nə görə 300 avro həcmində cərimələyib.

Etikxeber.az xəbər verir ki, “Barselona” futbol klubu sonuncu transfer bazarında forvard Qrizmann üçün 120 milyon avro ödəyib.

Qrizmannın bundan əvvəlki klubu olan “Atletiko” məhkəməyə müraciət edərək, danışıqların yalnız oyunçunun özü ilə aparıldığını, cəmi 120 milyon avro ödəniləcəyi barədə yalnız onunla razılığa gəlinməsini bildirib. Sazişdə transfer üçün məbləğ 200 milyon avro təşkil edib.

Komitə öz məktubunda “oyunçunun intizam məsuliyyətinin olmamasını” bəyan edir, “cərimənin rəmzi xarakter daşıdığını və bunun “Barselona”ya və digər klublara gələcəkdə analoji pozuntulara yol verməkdə mane olmayacağını etiraf edir”.

Etikxeber.az

Read Previous

Əliyev Şirakla bağlı Makrona başsağlığı verdi…

Read Next

“Paşinyan BMT tribunasından “sülhpərvər” görünməyə cəhd göstərir…” – HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir