“Barsa” və “Live” dörddəbir finalda – FOTOLAR – YENİLƏNİB

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

Etikxeber.az  xəbər verir ki, “Allianz Arena” stadionunda baş tutan görüşdə Almaniyanın “Bavariya” komandası doğma azarkeşlər önündə İngiltərənin “Liverpul” komandasını qəbul edib.

Bu komandaların arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı.

Gərgin idman mübarizəsi şəraitində keçən cavab qarşılaşmasında hesabı “Liverpul” açıb. Sadio Mane müdafiəçilərin səhvini bağışlamayıb – 0:1. İngilislər 13-cü dəqiqədə məcburi əvəzləmə aparıblar. Belə ki, komandanın kapitanı Jordan Henderson zədələndiyi üçün oyunu sona kimi davam etdirə bilməyib.

Qoldan sonra irəli atılan meydan sahibləri matçın 39-cu dəqiqəsində hesaba tarazlıq gətiriblər. Joao Matip öz qapısına qol vuraraq avtoqola imza atıb – 1:1. Birinci hissə bu hesabla başa çatıb.

İkinci hissəsinin 69-cu dəqiqəsində qonaqlar yenidən hesabda önə keçib. Belə ki, Ceyms Milnerin künc ötürməsini komandanın müdafiəçisi Virjil van Diyk dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:2. Bu da oyunda son qol olmayıb. Sadio Mane qarşılaşmada dubl edərək komandasının dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb – 1:3.

Sonrakı dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, bu qələbə sayəsində “Liverpul” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

liverpul

Onların növbəti rəqibi martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.

***

Səkkizdəbir final mərhələsinin daha bit oyunu keçirilib.

Fransanın “Olimpik Lion” komandası səfərdə İspaniyanın “Barselona” komandasını qəbul edib.

Parisdə oynanılan ilk görüşdə İspaniya təmsilçisi 0:0 hesabı ilə heç-heçə elədiyi üçün cavab qarşılaşması “Barselona”ın ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Kataloniya təmsilçisinin 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Barselona”ın heyətində Lionel Messi (18 penalti, 78), Filip Koutinyo (31), Osman Dembele (90) və Gerar Pike fərqləniblər. Qonaqların təsəlli qolunu Tousart (58) vurub. Bu qələbə sayəsində “Barselona” iki oyunun nəticəsinə əsasən qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Onların növbəti rəqibi martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.

BARS_BARS

Etikxeber.az

Read Previous

Millət vəkilindən Rusiya XİN-nin bəyanatına sərt etiraz

Read Next

10 məsələ və 10 təklif – MİLLƏT VƏKİLİ BİR-BİR SADALADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir