“Barsa”nın gəliri 1 milyard avronu ötəcək…

“Barselona” futbol klubu elan edib ki, bu mövsümdə onun gəliri 1 milyard avronu ötəcək.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bütün dünya üzrə idman obyektləri dövriyyəsində tarixi rekord müəyyən edən “Barselona” 2019-2020-ci illərdə 1,047 milyard avro gəlir götürməyi planlaşdırır.

Beləliklə, o, idman tarixində bir mövsüm ərzində 1 milyard avro həddini aşan ilk futbol klubu olacaq.

Klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Enrike Tombas və icraçı direktoru Oskar Qrau bildiriblər ki, Xosep Mariya Bartomeunun dördillik prezidentliyi dövründə “Barselona”nın gəlirləri, orta hesabla, 13 faiz artıb və 2018-2019-cu illərin yekunlarına görə, rekord göstəriciyə – 990 milyon avroya çatıb.

Oskar Qraunun sözlərinə görə, Neymarla müqavilənin imzalanması iqtisadi baxımdan faydalı əməliyyat olub.

“Barselona”nın hazırladığı büdcədə qışda heç bir abunə nəzərdə tutulmayıb.

Etikxeber.az

Read Previous

Fuad Qəhrəmanlı istefa verdi: “…PEŞMANAM”

Read Next

“Əhməd bəy Ağaoğlunun həm Türkiyədə, həm Azərbaycanda abidəsinin olması vacibdir” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir