“Barsa”nın hücumçusu hansı kluba transfer olundu?

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Malkom Rusiyanın “Zenit” komandasına keçib.

Etikxeber.az xəbər verir ki, 22 yaşlı braziliyalı hücumçu Rusiya təmsilçisi ilə beş illik müqavilə imzalayıb.

“Zenit” klubu Malkoma görə Kataloniya təmsilçisinə 40+5 milyon avro ödəyib.

Qeyd edək ki, Braziliyanın “Korintians” klubunun yetirməsi olan Malkom 2018-ci ildə Fransanın “Bordo” komandasından “Barselona”ya transfer olunub.

O, Kataloniya təmsilçisinin heyətində keçirdiyi 15 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.

Etikxeber.az

Read Previous

“Verilən tapşırıq və göstərişlər bəhanə gətirilmədən tezliklə icra olunacaq” – DEPUTAT

Read Next

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olundu – FHN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir