“Barselona” Filippe Koutinyonu transfer etdi…

İspaniyanın “Barselona” futbol klubu “Luverpul”un braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyonu transfer edib.

Etikxeber.az xəbər verir ki, futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. “Barselona” 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, yarımmüdafiəçinin sərbəst qalması üçün 400 milyon avroluq məbləğ müəyyənləşdirilib.

Bu, “Barselona”nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.

2013-cü ildə 10 milyon avro müqabilində “Liverpul”a transfer edilən futbolçu bu klubun heyətində 201 matçda 54 dəfə fərqlənib.

Etikxeber.az

Read Previous

“Bu, Xaçmazın inkişafında növbəti mərhələ olacaq…” – DEPUTAT

Read Next

Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilən qardan hazırlanan abidənin açılışı oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir