“Barselona”-nın sonuncu oyunu komandanın hücumçuları üçün əlamətdar oldu

Yanvarın 11-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsində “Barselona” komandası “Atletik Bilbao”nu 3:1 hesabı ilə məğlub edib.

Etikxeber.az  xəbər verir ki, oyun “Barselona”nın hücum xəttindəki “qızıl üçlüy”ün – Lionel Messinin, Luis Suaresin və Neymarın gözəl oyunları və qolları ilə yadda qalıb. Bu qollar hər üç futbolçu üçün əlamətdar olub.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan kataloniyalılar qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıblar. Rəqib qapısına yol tapan Luis Suares bununla da komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı futbolçu bu göstəriciyə 120-ci matçda nail olub.

Son 11 oyunda qol vura bilməyən Neymar görüşün 48-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək ikinci topu rəqib qapısından keçirib.

Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl üçüncü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbələrindən vurduğu qolların sayını 26-ya çatdıraraq, “Barselona”nın sabiq üzvü, hollandiyalı Ronald Kumanın göstəricisini təkrarlayıb. Messi cərimə zərbəsindən daha bir qol vurarsa, klub tarixində bu rekordu yeniləyəcək.

Oyunda qonaqların heyətində 51-ci dəqiqədə Enrik Saborit fərqlənib.

Etikxeber.az

Read Previous

Rusiya XİN Ermənistanın Azərbaycan əsgərinin meyitini qaytarmamasına münasibət bildirdi

Read Next

“Gənc Tamaşaçılar”-da 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş etdiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir