Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün, 12 oktyabr tarixi İkinci Vətən Müharibəsi Şəhidi İlqar Cahid oğlu Vəliyevin doğum günüdür.
Şəhidin bu gün 48 yaşı tamam olur və bu, İlqar Vəliyevin Cənnətdəki ilk ad günüdür.
Etikxeber.az xəbər verir ki, 1973-cü ilin 12 oktyabr tarixində dünyaya gələn və əslən Qərbi Azərbaycanlı olan İlqar Vəliyev İkinci Vətən Müharibəsinə könüllü şəkildə- ehtiyatda olan Baş leytenant kimi qatılıb və 2020-ci ilin oktyabr ayının 20-də qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Füzuli istiqamətində Şəhid olan İlqar Vəliyevin nəşi Bakı şəhərində, İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra medallarla təltif olunub.
İki övladı, iki oğlu Vətənə əmanət qalıb.
Cənnətdəki ilk doğum günündə isə Şəhidin yaşadığı məhəllədə, Masazırda “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.
Açılışda Şəhidin ailə üzvləri, yaxınları, Masazır sakinləri, Qazilər, Abşeron İcra Hakimiyyətinin məsul nümayəndələri və digər şəsxlər iştirak ediblər.
Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.
Çıxışlarda Şəhidin qısa, lakin şərəfli həyat və döpyüş yolundan bəhs olunub.
Sonra “Şəhid bulağı”nın açılışı edilib.
Nur içində yatsın, Cənnətdəki ilk ad günü, mövludu mübarək olsun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az