Baş məşqçi Eden Hazard haqqında danışdı və …

“Çelsi”nın baş məşqçisi Maurisio Sarri klubun əsas qol silahı sayılan Eden Hazardın klubdan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Etikxeber.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, italyan mütəxəssis Edenin klubda qalacağını və “Çelsi”nin uğurları üçün çalışacağını bildirib:

“Mövsümün startından belçikalı futbolçu gözəl oyun nümayiş etdirir. Futbolçu buna görə bir neçə klub tərəfindən hədəfə alınıb. Hazard inanılmaz bir futbolçudur. Düşünürəm ki, o, bilir “Çelsi”də nə qədər inkişaf edəcək. Əminəm ki, Hazard dünyanın ən yaxşı üç oyunçusu siyahısına daxil olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici KİV-lər “Real Madrid” klubunun Eden Hazard üçün 200 milyon avro ödəməyə hazır olduğunu yazmışdı.

Belçikalının London klubu ilə müqaviləsi 2020-ci ilə kimi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Xalq Mahnıları Festivalına yekun vuruldu – FOTOLAR

Read Next

Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir… – NAZİRLİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir