Baş məşqçini istefaya göndərdilər…

Fransanın “Lill” futbol klubunun baş məşqçisi Frederik Antonetti ilə müqaviləyə xitam verib.

Etikxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rəhbərliyin 55 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son qoymasına səbəb kimi cari mövsümdə qeydə alınan uğursuz nəticələr göstərilib.

Antonettinin istefasından sonra komanda müvəqqəti olaraq Patrik Kolloya tapşırılıb.

Qeyd edək ki, Fransa çempionatında 13 oyundan cəmi üçündə qələbə qazanan “Lill” hazırda 19-cu pillədə yer alır.

Etikxeber.az

Read Previous

“Övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin…” – NƏSİBƏ ZEYNALOVA-100

Read Next

Rafael Hüseynov: “O çinarlar təkcə Azərbaycanın deyil, dünyanın sərvətləridir…” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir