Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşların iki silahlı şəxs saxladı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman bir ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkarlanaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Rövşən Rzayev, Fuad Muradov və Vüsal Hüseynovun yerlərini kimlər tutacaq?

Read Next

“Qərb liderlərinin təbrikləri “narazılar”a növbəti tərs sillə oldu…” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir