Baş nazir kim olacaq? RASİ-ZADƏ, ƏHMƏDOV, YOXSA?…

Cəmi saatlar sonra-21 aprel tarixində Milli Məclisdə (MM)  yeni baş nazir təsdiqlənəcək, yeni hökumət başçısının adı ictimaiyyətə bəlli olacaq.

Etikxeber.az-ın xəbərinə görə, cəmi 2 gün öncə MM-də keçirilən andiçmə mərasimində növbəti – 7 illik prezidentlik fəaliyyətinə başlayan ölkə Prezidenti İlham Əliyev elə həmin gün öz konstitusion səlahiyyətlətindən istifdə edərək, hökuməti-Nazirlər Kabinetini istefaya göndərib.

Bu gün isə onun təqdimatına əsasən yeni baş nazirin məsələsinə  baxılacaq və o, millət vəkillərinin səsverməsi ilə təsdiqlənəcək.

Qeyd edək ki, hələlik baş nazirin adı açıqlanmır.

Nə MM-dən, nə də Prezident Administrasiyasından (PA) bu şəxsin kimliyi barədə məlumat verilir.

Millət vəkillərinin əksəriyyəti də bu yöndə sualları cavablandırmaqdan yayınır, susmağa üstünlük verir, bir qisminin də yeni baş nazirin kimliyi ilə bağlı, ümumiyyətlə, heç bir bilgici yoxdur.

Baş nazir vəzifəsinə təyinatı gözlənilən şəxslər arasında yenə də və ən çox Artur Rasi-zadənin adı çəkilir.

arturrrrrr

Əldə edilən məlumatlara görə, A. Rasi-zadəyə yenidən etimad göstətilsə də, amma, bu,  müvəqqəti olacaq.

Yəni, onun növbəti baş nazirliyi uzun çəkməyəcək,  cəmi 3-4 aydan sonra onu başqa şəxs əvəzləyəcək.

Amma onun yaşının çoxluğu- baş nazirin hazırda 82 aşı var – səbəbi ilə  yenidən baş nazir postuna namizədliyinin irəli sürülməyəcəyi və  təsdiqlənməyəci ehtimalı da var.

Adının açıqlanmasını istəməyən millət vəkillərindən biri A. Rasi-zadəni bir kadr, bir dövlət adamı və bir insan kimi  yüksək qiymətləndirərək, amma onun yaşının çoxluğunun artıq baş nazir vəzifəsinin icrası üçün yararlı olmadığını bildirib:

“Kaş ki, Artur müəllimin yaşı bir az olaydı. O zaman onun baş nazir vəzifəsinə təsdiqində heç bir problem və tərəddüd olmazdı. Çünki o, kifayət qədər bacarıqlı, bilikli, mədəni, intellektual, sadə, təmiz və dövlətçi insandır. O, dövlətinə və ölkə rəhbərinə ən sədaqətli insanlardan biridir. Bunu öz fəaliyyətində də hər zaman təsdiq edib. Heç zaman siyasi iddiada olmayıb. Amma yaşının bir qədər çox olması onun yenidən baş nazir olmasını əngəlləyir…Təbii ki, bu məsələdə də qərar sahibi ölkə Prezidentdir…”. 

Eyni zamanda, baş nazir postuna namizədlər sırasında ən çox adı çəkilən tanınmış simalardan biri də baş nazirin, eləcə də,  hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədovdur.

bahar-yap-3

Hakim partiyanın səlahiyyətcə 3-cü şəxsi olan Ə. Əhmədovun  da baş nazir ola biləcəyi söylənilir.

Bu ehtimalı gücləndirən məqamlardan biri də Ə. Əhmədovun 3-cü deputatlıq müddəti başa çatmamış, millət vəkilliyi fəaliyyətinin xitam verilməsi və baş nazirin sosial məsələlər üzrə müavini postuna gətirilməsidir…

Qeyd edək ki, əslən Ermənistanda-Qərbi Azərbaycandan olan Ə. Əhmədov tarix elmləri doktorudur. O, YAP-ın qurucularından və məşhur “91-lər”dən olub.

1999-cu ildə-YAP-ın ikinci qurultayında partiyanın icra katibi postuna seçilib.

2013-cü ildən isə hakim partiyanın icra katibi olmaqla, həm də YAP sədrinin müavindir.

Bununla yanaşı, baş nazir postuna heç kimin təxmin və proqnoz etmədiyi şəxsin də təsdiqlənməsi mümkündür, bu variant da istisna olunmur.

Təbii ki, bu məsələdə qərar sahibi ölkə Prezidentidir, o, kimi məsləhət biləcəksə (çox güman ki, bu şəxs artıq məlumdur-red), o da baş nazir vəzifəsinə təsdiqlənəcək.

Baş nazirin müavinlərinə və hökumətə daxil olan nazirlərə, komitə sədrləri, dövlət xidməti, dövlət  agentliyi rəhbərlərinə gəlincə, onların təyinatı baş nazirin təsdiqindən sonra mümkünləşəcək.

Hökumətdə xeyli yeni simanın olacağı söylənilir və proqnoz edilir…

H. NİHAT

Etikxeber.az

 

Read Previous

AŞPA-da azərbaycanlı məcburi köçkünlərin vəziyyəti müzakirə ediləcək

Read Next

Novruz Məmmədov- YENİ BAŞ NAZİR- ZAHİD ORUC YAZDI – ŞOK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir