Baş nazir məhkəməyə verildi…

Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib.

Etikxeber.az  xəbər verir ki, biznesmen Deyl Vins, vəkil Co Mauqam və Şotlandiya İcmalar Palatasının üzvü Jovanna Çerri Şotlandiyanın ən yüksək məhkəməsinə müraciət edərək Baş nazirin “Benn aktı”na nə dərəcədə əməl edəcəyinə aydınlıq gətirməsini tələb ediblər.

Sentyabr ayında İngiltərə Parlamentində Leyboristlər Partiyasının üzvü Hilari Benn tərəfindən təqdim olunaraq qəbul edilən “Benn aktı”, ölkənin müqavilə olmadan Avropa İttifaqından (Aİ) oktyabrın 19-dək müqaviləsiz ayrılması dəqiqləşərsə, B.Consonun “Brexit” prosesinin təxirə salınması barədə müraciət etməsini nəzərdə tutur.

Baş nazir son açıqlamasında istər müqavilə ilə, istərsə də müqaviləsiz İngiltərənin Aİ-ni oktyabrın 31-də tərk edəcəyini deyib.

Etikxeber.az

Read Previous

“Təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm, pasportum da yox idi…” – PREZİDENT

Read Next

Portuqaliyada parlament seçkiləri – HAKİM PARTİYA QALİBDİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir