Baş Prokurorluq Abşerondakı məmur həbsləri ilə bağlı-MƏLUMAT YAYDI

Baş Prokurorluq Abşeron rayonunda məmur həbsləri ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.

“Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur. Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur” – deyə, məlumatda bildirilir.

Etikxeber.az

Read Previous

MM-in sabahkı iclası-TƏXİRƏ SALINDI, DEPUTATLARIN KORONVİRUSA YOLUXUB-YOLUXMADIĞI İSƏ SABAH BİLİNƏCƏK – YENİLƏNİB

Read Next

“Mən də hesab edirəm ki, parlamentin iclasları dayandırılmalıdır”-ELDAR İBRAHİMOV HƏM DƏ VƏTƏNDAŞLARA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir