Baş Prokurorluq təkzib etdi, baş prokuror vəzifəli şəxslərə tapşırıq verdi

Baş Prokurorluq prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirilməsi barədə mətbuatda yayılan məlumatları təkzib edib.

Etikxeber.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən mətbuata verilən məlumatda bildirilir ki, bəzi KİV-də sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılıb.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilib və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib”- deyə, məlumatda bildirilir.

Read Previous

İpəkçiliyin inkişafına dövlət dəstəyi olacaq-Sərəncam imzalandı

Read Next

“Qarabağ”-“Slovan” oyunu başa çatdı: 2-2 – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir