Baş Prokurorluq və DTX “Xaçmaz əməliyyat”ı ilə bağlı birgə məlumat yaydı

Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalar nəticəsində təsdiqlənib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.

Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin Etikxeber.az-a daxil olan birgə məlumatında bildirilir ki, 2018-ci il avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, o, təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açaraq silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.

dtx-mtn

Hadisə yerinə və cəsədə baxış zamanı N.Nəcəfovun üzərindən bir ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

“Qlobal layihələr təkcə bölgə üçün deyil…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Read Next

59 deputat Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür – SPİKER – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir