Baş Prokurorluqdan saytlara XƏBƏRDARLIQ

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında cari il fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bununla əlaqədar xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilib. “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq, ondan rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb olunub. E.İbrahimova gələcəkdə belə xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Etikxeber.az

Read Previous

Əliyev Şərif və Hüseynlə görüşdü – FOTOLAR – YENİLƏNİB

Read Next

Ordubad şəhidini son mənzilə yola saldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir