Baş prokurorun yeni gənc müavini-KİMDİR?

Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamla 34 yaşlı Heydər Vidadi oğlu Məmmədov Baş prokurorun yeni müavini təyin edilib.

Etikxeber.az-ın xəbərinə görə, H. Məmmədov 1986-cı ildə Bakı şəhərində anadan olub.

2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib. 2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər prokurorluğunda, Bakı şəhəri Nəsimi, daha sonra Nizami rayon prokurorluqlarında müstəntiq vəzifəsində işləyib. 2012-2014-cü illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində işləyib.

2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışıb.

17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, həmçinin prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb.

Ailəlidir. İki övladı var.

Təbrik edirik!

Etikxeber.az

Read Previous

“Cəmiyyət həyatının istənilən məsələsində uğur qazanmağın ən mötəbər açarı məsuliyyətdir”-RAFAEL HÜSEYNOV

Read Next

9 bölgədə 54 saatlıq sərt karantin rejimi-BAŞLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir