“Baş verən dağıdıcı proseslər bir daha…” – BAHAR MURADOVA

“Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi tanınır”

Bahar Muradova: “Bu gün beynəlxalq münasibətlər sistemində baş verən dağıdıcı proseslər, eləcə də milli dövlətlərin öz müstəqillikləri və suverenliklərini itirməsinə səbəb olan hadisələr Azərbaycanın balaşnlaşdırılmış xarici siyasət kursunun əhəmiyyətini bir daha ortaya qoyur”

“Hazırda dünya miqyasında – ayrı-ayrı regionlarda və ölkələrdə dini-etnik müstəvidə qarşıdurmalar müşahidə olunur, xaos və anarxiyanın coğrafiyası daha da genişlənir. Belə olan halda, multikultural dəyərlərin təşviqi daha çox strateji əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd edim ki, Azərbaycan bu baxımdan dünyaya mütərəqqi bir model, nümunə təqdim edə bilib.

Sirr deyil ki, Azərbaycan tolerant ölkədir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir cəmiyyətə sahibdir. Bu gün ölkəmiz dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə,  ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. O, qeyd edib ki, burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, öz mədəniyyətlərini yaşadıblar. B. Muradovanın qeyd etdiyinə görə,  bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər:

“Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Hələ mərhum dövlət başçısı,  ümummilli lider Heydər Əliyevin zamanında atdığı düşünülmüş və qətiyyətli addımlar, milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı tolerantlığın və multikulturalizm ənənələrinin bərpa olunmasına, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət isə bu dəyərlərin daha da möhkəmlənməsinə, inkişafına şərait yaratmaqla ölkəmizin sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsini təmin etməkdədir. Hazırda Azərbaycan nümunəsində multikulturalizm və azərbaycançılıq ideologiyası bir-birini tamamlayır.  Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi tanınır. Bir məqamı da əlavə edim ki, ölkəmizin uğurlu xarici siyasət kursu  ilə yanaşı, bəhs etdiyim amillər də Azərbaycanı ictimai-siyasi kataklizmlərdən qoruyur, onun sabit, firavan ölkə kimi beynəlxalq arenada iştirakını təmin edir…”

Vitse-spiker bir daha xatırladıb ki, bu gün beynəlxalq münasibətlər sistemində baş verən dağıdıcı proseslər, eləcə də milli dövlətlərin öz müstəqillikləri və suverenliklərini itirməsinə səbəb olan hadisələr Azərbaycanın balaşnlaşdırılmış xarici siyasət kursunun əhəmiyyətini bir daha ortaya qoyur:

“Sirr deyil ki, mərhum dövlət başçısının əsasını qoyduğu bu strateji kurs Azərbaycanın beynəlxalq arenada müstəqil dövlət, söz və nüfuz sahibi kimi çıxış etməsini təmin etməklə yanaşı, həm də sonrakı illərdə ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirib. Hazırda dünya miqyasında daha ciddi iqtisadi və siyasi kataklizmlər müşahidə edilir, milli dövlətlər  qeyri-sabitlik problemi və dağıdıcı tendensiyalarla qarşılaşır. Belə bir şəraitdə Azərbaycanın uğurlu, praqmatik və balanslaşdırılmış xarici siyasət kursu öz sözünü deyir, ölkəmiz həm sabitlik adası kimi çıxış edir, həm də öz beynəlxaq mövqelərini mütəmadi olaraq möhkəmləndirir.

Onu da qeyd edim ki,əsası  Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına şərait yaradan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontinentlər üçünsə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması, məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşması Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni dərəcəli münasibətlər qurmasına imkan verir…”

Etikxeber.az

Read Previous

“Şuşanı tapa bilərik: Özümüzü tapsaq…” – DEPUTAT

Read Next

XİN Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar bəyanat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir