“Başa düşülməlidir ki, bir fərdin səhlənkar hərəkəti ağır milli fəlakətə gətirib çıxara bilər”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Cənab Prezidentimiz İlham Əliyevin, birinci vitse prezident Mehriban xanım Əliyevanın “Yeni klinika”nı istifadə üçün açmalarının, koronavirusa yoluxan xəstələrin burada müalicə almalarının təşkil edilməsinin və cənab Prezidentimizin nitqinin bir neçə baxımdan əhəmiyyəti vardır. Birincisi, cənab Prezidentimiz ölkəmizdə səhiyyə sisteminin daim təkmilləşdirildiyini, həm həkim kadrları, həm də avadanlıq sarıdan yaxşılaşdırıldığını, müasirləşdirildiyini vurğuladı və gələcəkdə də əlavə işlərin görülməsini bir vəzifə olaraq müəyyənləşdirdi. İkincisi, koronavirus bəlasına qarşı Azərbaycan hakimiyyətinin dərhal çevik reaksiya verməsi və işin təşkil edilməsi rəhbərlərimizin idarəçilik bacarığının bir çox ölkələrdəkindən üstün olduğunu göstərdi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Onun sözlərinə görə, üçüncüsü, dünya bazarlarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə baxmayaraq, bütün xərcləri dövlətimizin öz üzərinə götürməsi bir daha göstərir ki, ölkə Prezidentinin siyasətində başlıca yerdə Azərbaycan vətəndaşının maraqları dayanır.

“Dördüncüsü, vətəndaşların cənab Prezidentimizin çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna imkanları daxilində ianələr köçürmələri, dövlət qurumlarının istirahət mərkəzlərini, iş adamlarının isə otellərini karantin üçün vermələri təkcə bu gün deyil, gələcək üçün də bir gözəl nümunə yaratmışdır. Beşincisi, tarixi təcrübə də, müasir şərait də bir daha göstərir ki, ölkəmizdə dövlət hakimiyyətinin güclü olması siyasi baxışlarının fərqliliyindən asılı olmayaq, bütün vətəndaşların faydasınadır. Ona görə də bu dünyada fani olan bizlər əbədi olan müqəddəs dövlətimizin və uca millətimizin yanında daim olmalıyıq ki, bu bəladan az itki ilə çıxaq. Nəhayət, ayrı-ayrı şəxslər məsuliyyətli davranmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməlidirlər. Başa düşülməlidir ki, bir fərdin səhlənkar hərəkəti ağır milli fəlakətə gətirib çıxara bilər”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Mingəçevir sakini gecə-DEPUTATA NİYƏ ZƏNG EDİBMİŞ?

Read Next

“Bizdən tələb olunan da çox şey deyil: evdə qal, həyatda qalasan!”-MUSA URUD YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir