“Başa düşürəm-su qıtlığıdır, Kür və Araz tarixin ən quraqlıq dövrünü yaşayır, lakin vətəndaşın da bu cür duruma düşməsi yolverilməzdir”-BƏHRUZ MƏHƏRRƏMOV ŞAHİN MUSTAFAYEVƏ MÜRACİƏT ETDİ

Bu gün baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadənin təmini üzrə dövlət komissiyasının rəhbəri Şahin Mustafayevə müraciət edərək, Biləsuvar rayonunun son günlər düşdüyü çətin vəziyyət barədə bir daha məlumat vermiş, əksər kəndlərimizin ya susuz, ya da tamami ilə yararsız suyun ümidinə qaldığını bildirmişəm. Əlbəttə, buna çox ciddi yanaşmaq lazımdır, vəziyyət bu cür davam edərsə, həmin kəndlərdə ağır xəstəliklərin yayılmasının şahidi ola bilərik. Mən başa düşürəm-su qıtlığıdır, Kür və Araz tarixin ən quraqlıq dövrünü yaşayır. Bütün bunlar vətəndaşın su təminatına təsir etməsi də başadüşüləndir, lakin vətəndaşın da bu cür duruma düşməsi yolverilməzdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Millət vəkili qeyd edib ki, ona görə də Bolqarçay su anbarının heç olmasa, gələn ilədək təcili təmizlənərək bərpası, iki kənddə suyundan istifadə mümkün olan köhnə subartezian quyuların bərpası, gələn mövsümdən rayon ərazisində əkinə yararsız sahələrin, habelə suvarılması mümkün olmayan sahələrin otlaqlara çevrilməsi və s. təcili tədbirlər görülməlidir.

“Bu arada, seçicilərə mənə göstərdikləri dəstək və anlayış üçün təşəkkür etmək istəyirəm. Həmçinin, deputatın səlahiyyətlərini hələ də başa düşməyən bəzi vətəndaşlara da anlayışla yanaşır və çatdırmaq istəyirəm ki, deputat icra orqanı deyil, deputat problemi özü həll etmir, problemi aidiyyatı orqanların diqqətinə çatdırır. Cənab Prezidentin Milli Məclisdə çıxışında biz verdiyi tövsiyyələrə əsaslanaraq, bu günə kimi Biləsuvarın elə problemi olmayıb ki, aidiyyatı formada və ən ali səviyyədə qaldırmayaq. Sizi əmin edirəm ki, bu əzmlə də davam edəcəyik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Tanınmış jurnalist və baş redaktor koronavirusdan sağaldı-EVƏ BURAXILDI

Read Next

“Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir