Başqa məsələlərlə oynayın, amma himndən yan keçin – FƏZAİL İBRAHİMLİ

Himnlə bağlı məsələdə fikir ayrılığı yarandı

Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) noyabrın 2-də  keçirlən iclasında deputat Tahir Kərimli deyib.

Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib:“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.

 Hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi

Komitə sədri Siyavuş Novruzov isə söyləyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir:

millimeclis-2015_40

“Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikir arzusu ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır”. S.Novruzov söyləyib ki, vaxtilə  mərhum Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış edib:“Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi (Gürcüstanı nəzərdə tutur). Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.

Himnlə oynamaq olmaz

Millət vəkili Fəzail İbrahimli də öz növbəsində bu məsələdə ehtiyatlı olmağı, milli atributlara toxunmamağı tövsiyə edib:

“Başqa məsələlərlə oynamaq olar. Amma bu məsələ ilə oynamaq olmaz. Bundan yan keçin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Teatr və siaqret məsələsi parlamenti “tüstülətdi” – RAFAEL HÜSEYNOVDAN TƏPKİ

Read Next

Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemlərinə dair konfrans – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir