Başqa şəhər və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişin daşımaları qadağan olunur-OPERATİV QƏRARGAH

Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

Qərargah Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərinişindaşıma nəqliyyat vasitələrinin qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırır. 

“Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir”. 

Bu barədə də Operativ Qərargahdan bildirilib. 

Həmçinin, bildirilib ki, xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

Etikxeber.az

Read Previous

“Vergilərin götürülməsi, azaldılması kimi kompensasiyaedici addımlar atılmalıdır” – YENİ MİLLƏT VƏKİLİ BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

UEFA Çempionlar Liqası və Avropa Liqası iyunun axırınadək-TƏXİRƏ SALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir