“Başqa sahələrdə nəzərdə tutulan imtiyazların… ” – KOMİTƏ SƏDRİ

Başqa sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi bu sahənin inkişafına təkan verə bilər.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, “Kinematoqrafiya haqqında” qanun layihəsi hazırdır:

“Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Bunun üçün biz müvafiq dövlət orqanlarına müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Kamil HƏMZƏOĞLU

Etiikxeber.az

Read Previous

“Uşaqlarla bağlı ssenarilərin yazılmasına, filmlərin çəkilməsinə ehtiyac var” – JALƏ ƏLİYEVA

Read Next

“Lisenziyalar və icazələr haqqında” qanuna hansı dəyişiklik edilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir