“Bavariya” Robert Levandovski ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb

Polşa millisinin və Münxenin “Bavariya” komandasının hücumçusu Robert Levandovski Almaniya klubu ilə yeni müqavilə imzalayıb.

Etikxeber.az Münxen klubunun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, futbolçu qarşıdakı beş ildə də “Bavariya”nın formasını geyinəcək. Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

R.Levandovski bu barədə deyib: “Şadam ki, danışıqlar müsbət nəticə verdi və mən daha bir neçə il “Bavariya”da qalacağam. Qarşıda klubla birgə böyük hədəflərimiz var”.

Polşa yığmasının kapitanı 2014-cü ildə Dortmundun “Borussiya” komandasından transfer olunub. İyirmi səkkiz yaşlı hücumçu “Bavariya”nın heyətində 122 oyunda 86 qol vurub.

Etikxeber.az

Read Previous

“Avro-2020”-nin loqotipinin təqdimat mərasimi keçirilib

Read Next

“Qəbələ”nin futbolçusu Xorvatiya milli komandasına çağırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir