Baxça müdirləri qarşısında yeni TƏLƏB

Milli Məclisin (MM)  Elm və təhsil komitəsinin oktyabrın 18-də iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, iclasda yeni “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir: “Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər hazırlıq təhsili 5 yaşlı uşaqlar üçün zəruri hesab olunur, icbari təhsil qaydasında həyata keçirilir”.
İ. Həbibbəyli qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib: “Bu gün bir çox idarə və müəssisələrin tərkibində məktəbəqədər təhsil müəssisələri var. Düzdür, onların bir çoxu məkətəhazırlıq qrupları yaratmağa hazır deyil. Lakin bağça funksiaysını yerinə yetirə bilirlər.  Layihədə müvafiq icra hakimiyyəti orqanının nəzdində məkətəbəqədər təhsil assosasiyasının yaradılmasını nəzərdə tutan müddəa da öz əksini tapıb. Düzdür, bu ictimai əsaslarla fəaliyyətlərlə işləyən bir qurum olacaq. Bu da işimizə bir çox fayda verə bilər. Çünki bu qurumun əsas fəaliyyət prinsipi  öncül prkatikalar  öyrənilərək  digər  təhsil ocaqlarına yayılması çalışacaq”– deyə komitə sədri əlavə edib.
Məkətəbəqədər təhsil müəssisələrinin müdirlərinin mütləq ali təhsilli olmasına diqqət çəkən İ. Həbibbəyli vurğulayıb ki, belə bağçaların idarəçiliyi ali təhsilli və 5 illik təcrübəsi olan şəxs tərəfindən olmalıdır: “Ölkədə bu gün ali təhsil səviyyəsi çox inkişaf edib. Biz ali təhsilli şəxsləri bir kənara qoyub, bağçalara ikinci gözlə baxıb, texnikum bitirənləri idarəetmənin başına keçirə bilmərik”.
Qanun layihəsi müzakirələrin yekununda MM-in plenar iclasına tövsiyə olunub.
Etikxeber.az

Read Previous

“Özəlləşdirilən bağçaların başqa məqsədlər üçün istifadə edilməsinin əleyhinəyik” – KOMİTƏ SƏDRİ

Read Next

Ali təhsil ocaqlarında da orta və məktəbəqədər təhsil müəssisləri fəaliyyət göstərsin – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir