Baxçalı 2019-cu ildə namizəd olacaqmı? – “Çox uzaq gedirsiniz…”

MHP-nın Türkiyədə yenidən formalaşdırlacaq Nazirlər Kabinetində-hökumətdə təmsil olunmağa hazırlaşması barədə deyilənlərə adıçəkilən təşkilatın lideri tərəfindən cavab-açıqlama gəlib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, MHP başqanı Dövlət Baxçalı bu gün mətbuata açıqlamasında partiyasının hər hansı bir üzvünün hökumətdə təmsilçiliyini mümkünsüz sayıb.

“Belə bir şey ola bilməz. Biz yamaq partiyayıqmı? Kim nə deyir-deyir, kimi dəvət edir-etsin, söz, qərar mənimdir”-deyə,o, sözlərinə əlavə edib.

erdogan’in-heyetindeki-mhp’liler-dikkat-cekti (1)

Qeyd edək ki, iki MHP-li milət vəkili -qrup başqanvəkili Ərhan Usta və tanınmış futbolçu Saffet Sancaklının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Hindistana səfər edən nümayəndə heyətinin tərkibində təmsil ounmasından sonra MHP-nin hökumətdə yer alacağı xəbərləri yenidən gündəmə gəlmişdi.

D. Baxçalı isə bir daha səslənən iddiaların əsassız olduğunu vurğulayıb.

O, jurnalistlərlə söhbətində eyni zamanda, 2019-cu ilin prezident seçkilərində namizəd olub-olmayacağı sorğusunu cavabsız buraxıb.

Baxçalı, sadəcə,”Çox uzaq gedirsiniz…”- deyib.

Etikxeber.az 

Read Previous

Zahid Oruc kəskin danışdı: “Parlamentin nüfuzuna zərbə dəyə bilər…” – YENİLƏNİB (1)

Read Next

Nərgiz Paşayeva, Gövhər Baxşəliyeva, Misir Mərdanov … – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir