“Baxın görün, burada qalan camaat artıq nə haldadır, nə vəziyyətə düşüblər…”-TURAL OZANDAN VİDEDOMÜRACİƏT

Mənim təşəbbüsümlə Naxçıvanda qalan yüzlərlə sakinlə birlikdə Prezident İlham Əliyevə videomüraciət ünvanladıq. Videoda baxın görün, burada qalan camaat artıq nə haldadır, nə vəziyyətə düşüblər. Çox xahiş edirəm paylaşın, dəyərli jurnalist həmkarlar, bu acınacaqlı vəziyyətdə qalan insanların müraciətini ictimailəşdirin xəbər kimi.

Etikxeber.az xəbər verir ki, bunu bir az öncə tanınmış jurnalist, artıq bir neçə aydır Naxçıvan Muxtar Respublikasından Bakıya qayıda bilməyən Tural Ozan öz sosial şəbəkə hesabında yazıb.

“Rəsmi qaydada müraciət edirik, eyni zamanda, mənə olunan yüzlərlə müraciətdən, sadəcə, bir neçəsidir. Yaşlı insanlar var ki, hər gün zəng edilər, heç telefonları yoxdur ki, video çəksinlər, nə də ki, bacarmırlar. Pandemiya ilə əlaqədar olaraq bir- bir gəzib Naxçıvanda onları tapa bilmirəm. “AZAL” 3 aydan çoxdur burada qalan sakinlərə qarşı görün nələr etdi…”-deyə, o, sonra yazıb.

https://www.facebook.com/kamil.hemidov.5?sk=approve&highlight=3614152171934249&log_filter=review&queue_type=friends&notif_id=1592204997197298&notif_t=tagged_with_story&ref=notif#_

Etikxeber.az 

Read Previous

“10-cu sinifdə oxuyurdum, təhsil aldığım məktəb Milli Məclisə yaxın ərazidə yerləşdiyindən siyasətdə baş verənləri istər-istəməz diqqətlə izləyirdik…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Bir dəfə Birinci katib, bir dəfə Nazirlər Soveti sədrinin birinci müavini, bir dəfə isə Prezident kimi rayonumuza gəlmişdi…”-DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir