Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ prezidenti Co Bayden mayın 20-dən 24-dək Cənubi Koreya və Yaponiyaya səfər edəcək.
Etikxeber.az məlumat verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Qeyd edib ki, Bayden iki ölkələr arasında iqtisadiyyatı və xalqların əlaqələrini daha da dərinləşdirmək üçün mayın 20-dən 24-dək Koreya Respublikasına və Yaponiyaya səfər edəcək.
Səfər çərçivəsində Bayden adıçəkilən ölkələrin liderləri ilə görüşəcək.
“Liderlər həyati əhəmiyyət kəsb edən təhlükəsizlik əlaqələrimizi dərinləşdirmək, iqtisadi əlaqələri gücləndirmək və praktiki nəticələrə nail olmaq üçün sıx əməkdaşlığımızı genişləndirmək imkanlarını müzakirə edəcəklər”– deyə, o, sonra bildirib.
Bundan əlavə, Psakinin qeyd etdiyi kimi, Tokioda Yaponiya, Avstraliya, Hindistan və ABŞ-ın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun dövlət başçılarının görüşü planlaşdırılır.
Etikxeber.az