“Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir… Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, yaxşı nəticə əldə edək…”-QURBAN QURBANOV

“Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Qarabağ” klubnun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək oyun barədə fikirlərində bildirib.

Qeyd edib ki, Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşıb, “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu.

“Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir.

Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”-deyə, Q. Qurbanov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarabağ”-ın rəqibi məlum oldu-“BAYER”

Read Next

Şəhid dayısının ad və soyadını yaşadan balaca Fəxri Qəribzadə-BU GÜN 3 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir