Baykal gecəyarısı Kılıçdaroğlunu nədən ziyarət edi? – FOTO

CXP-nin əski genəl başqanı və Antalya millət vəkili Dəniz Baykal ilə CXP genəl başqanı Kamal Kılıçdaroğlu gecəyarısı karavanda görüşüblər.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Kılıçdaroğlunun “Kartal Dragos Meydanı”ndaki karavanında gerçəkləşən ziyarət təxminən 45 dəqiqə çəkib.

Ziyarətçilər arasında CXP İstanbul il başqanı Cemal Canpolat, CXP əski genəl başqan yardımcısı Yılmaz Ateş, CXP əski genəl sekretar yardımçısı Mehmet Sevigen və CXP Aydın millət vəkili Metin Lütfi Baydar da olub.

Baykalın bu gün İstanbulda- “Maltəpə”də düzənlənəcək olan mitinqə qatılacağı da məlum olub.

Qeyd edək ki, CXP və CXP genəl başqanı K. Kılıçdaroğlunun Ankaradan İstanbula doğru başlatdığı 25 günlük “Ədalət!” yürüşü bu gün başa çatır.

Bu gün Kılıçdaroğlu təkbaşına “Maltəpə” cəza evinə doğru 3 km-lik yürüş edəcək və yürüş mitinqlə sonuclanacaq.

Onu da qeyd edək ki, “Ədalət!” yürüşünə qarşı daim sərt sözlər söyləyən baş nazir Binəli Yıldırım sonuncu çıxışında bunları deyib:

“Ədalət” küçələrdə, yürüşlərdə də arana bilir. Amma ədalət arama yeri küçələr, yürüşlər deyil, Məclisdir (TBMM)…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bunları bildirib:

“Bu, “Ədalət” yürüşü deyil, bir qəflət yürüşüdür…”

Etikxeber.az

Read Previous

Qayığın qəzaya uğraması nəticəsində Liviya sahillərində 35 miqrant itkin düşdü

Read Next

“Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, özünün həlli ilə sıx məşğul olmaq lazımdır” – MURADOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir