“Bayrağımız qürur mənbəyimizdir!” – DEPUTAT DÖVLƏT BAYRAĞI GÜNÜNDƏN YAZDI

Ölkəmizin bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xaqlımızın maddi, mənəvi və bədii mədəniyyətin zənginliyini, rəgarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən nəsillərə keçərək günümüzədək gəlib çatmışdır. Dövlətçilik tariximizdə mövcud olan atributlar fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə də öz əksini tapmışdır.

bayraq

Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. Xalq Cumhuriyyətini süqut etdikdən sonra Azərbaycanda bu bayraqdan imtina etdilər. Ümumilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üçrəngli ay-ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycan dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanilmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanmışdır.

2009-cu il noyabrın 17-də isə hər il 9 noyabr gününü Azərbaycan Respublikasının Bayraq günü kimi qeyd edilməsi haqqında sərəncam vermişdir. Həmin sərəncamlardan irəli gələn tələblərə uyğun olaraq respublikamızın bütün regionlarında Dövlət Bayraq Meydanları və kompleksləri yaradılmışdır.

Azərbaycan Bayrağı illərin sınaqından çıxıb müstəqillik uğrunda gedən mücadələlərdə şəhid olan minlərlə oğlu və qızlarımızın qanına boyandığını nəzərə alaraq hər bir azərbaycanlı üçün bayraq müqəddəs olmalıdır. Azərbaycan bayrağı milli ləyaqət simvoludur. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq istiqlal ideyalarının milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.

Azərbaycanın paytaxtı Bakı şəhərində yaradılan Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın hündürlüyü 162 metr olmaqla bu bayraq şəhərimizin hər yerindən görülməkdədir. Bayrağın eni 35 metr uzunluğu 70 metr olmaqla ümumi sahəsi 2450 kvadrat metr, kütləsi isə təqribən 350 kq təşkil edir. Dövlət Bayrağı Meydanının açılışında Dövlət başçısı Cənab İlham Əliyev demişdir “ Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır.

Yaxın vaxtlarda ərazi bütövlüyü təmin olunduqdan sonra bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. Bu gün Azərbaycan bayrağı dünyanın ən möhtəbər təşkilatlarının üzərində dalğalanır. Ümumilli lider Heydər Əliyevin apardığı siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirərək davam etdirilməsi nəticəsində bayrağımız dünya ölkələri üzərində dalğalanır.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Millət vəkilləri Dövlət Bayrağı Gününü “İstək”lə birgə qeyd etdilər – FOTOLAR – YENİLƏNİB

Read Next

“Lokomotiv”-“Apoel” voleybol oyununun hakimləri müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir