“Bayrağımızı yandıran terrorçuya qarşı cinayət işi açılmalıdır”-MİLLƏT VƏKİLİ

İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub. Çünki bayrağı yandıran dığa-Aram Nikolyan həmən şounun stilistidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Qeyd edib ki, bu vandallıqdan sonra idmançılarımızın orada qalıb yarışmalarının düzgün olub-olmadığını uyğun qurumlar bilərlər, amma Aram Nikolyana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsi üzrə iş açılmalıdır.

Onun sözlərinə görə, eyni zamanda, terrorçu geni gəzdirən erməninin Beynəlxalq Dizaynerlər Assosiasiyasınından qovulması məsələsi qaldırmalıdır.

“Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin , bu ölkədə rasizm və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbir və yarşmanın keçirilməsi rasizmə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. Ona görə də mən beynəlxalq qurumları və idman federasiyalarını baş verənlərə ciddi yanaşmağa, Ermənistanda bu qəbildən olan hər hansı yarış və tədbirin keçirilməsinə ən azı bir neçə il qadağa qoymağa çağırıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı-BƏYANAT VERDİ

Read Next

“Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib,Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”-İKİ QURUMDAN ERMƏNİSTANA SANKSİYA ÇAĞIRIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir