“Bayram günləri, həftə sonları məhdudiyyətlərin tətbiqi qarşıdakı günlərdə nəzərdən keçiriləcək…” – RAMİN BAYRAMLININ DEDİYİNƏ, KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK – YENİLƏNİB – (3)

Baş Nazir artıq xüsusi karantin rejimindən çıxmaqla bağlı qərar imzalayıb”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədov bildirib ki, bu, karantin rejimindən çıxışın yumşalması ilə bağlı üçüncü mərhələdir:

“Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu. Amma ümumi proses idarə olunandır. Ötən müddət ərzində böyük təcrübə əldə edilib. Aidiyyəti qurumlarda ciddi maddi-texniki baza yaradılıb. Bütün bunlar koronavirusla mübarizə ilə bərabər həyatımızı davam etdirməyə imkan verir. Biz problemlə birlikdə yaşamağa öyrəşməliyik. Ötən dövrdə qoruyucu vasitələrin ölkədə istehsalı da təmin edilib. Bəzi məhsullar üzrə asılılıq azaldılıb, bəzi məhsullardan asılılığı isə tam aradan qaldıra bilmişik”.

***

“Operativ Qərargahın Tibbi bölməsi tərəfindən gündəlik təhlil aparılır, ölkə başçısına, Operativ Qərargaha məlumat verilir”.
 
Bunu isə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı deyib ki, bu təhlillərə uyğun müvafiq qərarlar qəbul edilir: “Biz koronavirusla mübarizəni iki mərhələyə ayırmışıq. Birincisi, ilkin yoluxmaların müəyyənləşdirilməsi və məhdudiyyətlərin tətbiq edilməsi idi. Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik və məhdudiyyətlər tədricən aradan qaldırılır.  İlkin olaraq aprelin 27-də SMS-lə icazənin müddəti artırılıb”.
 
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Gəncədə aparılan əks-epidemik tədbirlər nəticəsində yayılmanın məhdudlaşdırılmasını təmin etmək, epidemiyanın qarşısını almaq  mümkün olub: “Yevlaxda 64 sakində yoluxma aşkar edilib. Bu rayonda daha ciddi tədbirlərin görülməsinə ehtiyac görürük. Lənkəran rayonunda da yoluxmanın yüksək olduğu kəndlər var.  Boladi kəndində 16, Şiləvarda 8, Çağlaserdə 31, Didvan kəndində 31 fakt aşkarlanıb. Bu göstəricilər qətiyyən bizi qane edə bilməz. Həmin bölgənin sakinləri xüsusi karantin rejiminin tələblərinə əməl etsinlər”.

O, bildirib ki, lakin əks epidemik tədbirlər davam etdirilməlidir:

“Əks epidemik tədbirlər ciddiyyətini qorumalıdır”.

***

“Yoluxmanın yüksək olmasına görə hüquqi şəxslər məsuliyyət daşıyırlar”-deyən  R. Bayramlı qeyd edib ki, qaydalara əməl etməyən hüquqi şəxslər cinayət məsuliyyəti daşıyırlar:

“İndiyə qədər yoluxanların 1,2 faizi – 36 nəfər dünyasını dəyişib. 1976-cı il təvəllüdlü şəxsimiz gecikmiş halda müraciət edib və bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Belə hallar çoxdur, evdə özlərini müalicə etməyə çalışırlar. İndiyə qədər ağır hallar da əsasən vaxtında müraciət etməməyin nəticəsində yaranıb. Xüsusən paralel gedən xəstəlikləri olanların gec müraciət etməsi daha çox problemə səbəb olur”.

***

Sonra “Bayram günləri, həftə sonları məhdudiyyətlərin tətbiqi qarşıdakı günlərdə nəzərdən keçiriləcək”-deyən R. Bayramlı qeyd edib ki, bu, yoluxmanın səviyyəsi ilə bağlı olacaq və müvafiq qərar veriləcək.

Həmçinin, “Həftələrə diqqət yetirsək, 4-10 may həftəsində ən yüksək – 580 yoluxma olub. Bu həftə 480 yoluxma var, hətfənin sonuna kimi rəqəm artacaq”-deyə, bildirən R. Bayramlı söyləyib ki, bu, ikinci yoluxma dalğası təhlükəsini göstərir:

“Hazırda ikinci dalğanı yaşamaqdayıq. Gələcək həftələrdə göstəricilərin azalacağı, yaxud artacağı bizim sosial məsuliyyətimizdən asılıdır”.

***

“Bütün dünya ölkələri sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıb”.

Bunu da TƏBİB İdarə Heyətinin sədri bildirib.

R. Bayramlı deyib ki, yaxın 1 il ərzində vaksinin əldə olunması gözlənilmir: “Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək:

“Ola bilər ki, xüsusi karantin rejimindən çıxaq. Tibb müəssisələrimizin resursları, tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunması və müalicəsinə adekvatdır. Ancaq bu yükün nə dərəcədə artması vətəndaşlarımızın sosial məsuliyyətindən asılı olacaq. Ən azı ilin sonuna qədər karantin rejimində, tibbi maska və əlcəklərdən istifadə etməklə kontrollu həyat tərzi ilə yaşayacağıq”.

Etikxeber.az

Read Previous

“Seçicilərlə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız”-SPİKER – FOTOLAR

Read Next

Prezident saxlanılan generalı-VƏZİFƏSİNDƏN AZAD ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir