Bayram günlərində təcili yardım xidməti gücləndirilmiş iş rejimində çalışacaq

Yeni il bayramında və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Etikxeber.az-a stansiyanın baş həkiminin müavini Murad Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, adi günlərə nisbətən təcili yardım briqadalarının sayı artırılacaq. Belə ki, bayram günlərində 140-a qədər briqada xətdə olacaq. Çünki bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur ki, bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməsi ilə bağlıdır.

Baş həkimin müavini əlavə edib ki, bununla yanaşı, bayram günlərində növbətçilik qrafiki tutulacaq, stansiyanın, eləcə də ərazi stansiyalarının rəhbərliyi işdə olacaq.

Etikxeber.az

Read Previous

Ölkə üzrə iqtisadi fəal əhalinin sayı 5 milyondan çox olub

Read Next

Futbolçuların cari il üçün son reytinq siyahısı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir