Bayram günlərində avtobuslar gecə saat 1-ə qədər xidmət göstərəcək – BNA

Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il ilə əlaqədar olaraq bayram günlərində avtobuslar gecə saat 1-ə qədər xidmət göstərəcək.

Etikxeber.az  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar dekabrın 31-dən yanvarın 2-dək gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

Etikxeber.az

Read Previous

“Yollarda olan lövhələrin çoxu köhnədir, az qala sovetdənqalmadır…” – DEPUTATIN BAXIŞI

Read Next

“Dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir” – SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir