Bayramın ilk günü yağmurlu olacaq

Sabah, Qurban bayramının ilk günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  19-22° isti, gündüz  24-28° isti, Bakıda gecə  20-22° isti, gündüz  25-27° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760  mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 12-də şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz  16-21° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

8-0 uduzandan sonra “ayıldılar”- “Neftçi”də mükafat və bonuslar ləğv edilir

Read Next

Rio Paralimpiadasının dördüncü günündə iki idmançımız mübarizə aparacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir