Bayramov Fidanı Azərbaycan-Ermənistan sülh prosesi barədə-MƏLUMATLANDIRDI – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım olunub.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.

Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.

Etikxeber.az

Read Previous

“Övladımı, tək balamı çətinliklər içində və qəhrəmanlıq ruhunda böyütdüm…”-BU SÖZLƏRİ ŞƏHİD EMİN İSMAYILOVUN ANASI MƏLAHƏT İSMAYILOVA ÖVLADININ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “CƏNNƏT ƏTİRLİ ŞƏHİDİM” KİTABININ TƏQDİMATINDA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Külək əsib, dağlıq rayonlara qar yağıb-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir