Bayramovla Lavrov Ermənistanla sərhədin delimitasiyasını-MÜZAKİRƏ ETDİ

23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Etikxeber.az-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Etikxeber.az

Read Previous

2 yeni-YOLUXMA…

Read Next

“Xəqani hərbçi olmaq istəyirdi, hər dəfə Onun bu istəyinə qarşı çıxırdım, amma…”-AİLƏNİN TƏK OĞLU, İKİ QIZ ATASI-ŞƏHİD XƏQANİ ƏSKƏROVUN ANASI LALƏ ƏSKƏROVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir