“Bayraq yürüşü” keçiriləcək

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT-nin nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

Nazirlikdən Etikxeber.az-a bildiriblər ki, yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Etikxeber.az

Read Previous

Əlillər 29 minə yaxın protez-ortopedik məmulatla təmin olunub – Nazirlik

Read Next

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 19 faiz artıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir