Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Valday”dan, Aşqabaddan sonra təcavüzkar, işğalçı Ermənistana və demaqoq, sərsəm baş nazir Nikol Paşinyana daha bir sarsıdıcı zərbə Mühnendən gəldi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistana və onun avantürist baş nazirinə növbəti sarsıdıcı siyasi-diplomatik zərbəsini endirdi. Yaşa Prezidentimiz! Var olun, Ali Baş Komandanımız!
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.
“Bir Azərbaycanlı olmağın qürurunu bir daha bizə yaşatdınız. Saxta erməni iddialarına, tarixi yalanlarına verdiyiniz faktlara əsaslanan tutarlı cavablarla əvəzsiz bir Lider olduğunuzu bir daha bütün dünyaya sərgilədiniz. Sizinlə fəxr edirik və inanırıq ki, Sizin bayraqdarlığınızla Qarabağda qələbə marşının çalınacağı gün uzaqda deyil!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Etikxeber.az