Bayraqla bağlı iki qanuna hansı dəyişikliklər edilir?

Parlamentin sabah-iyulun 12-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişikliklər ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, dəyişiklik dəqiqləşdirmə xarakterlidir.

Belə ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Bununla yanaşı, maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna daha geniş dəyişiklikləri nəzərdə tutan qanun layihəsi bir müddət öncə millət vəkilləri tərəfindən qəbul edilmişdi. 

Etikxeber.az

Read Previous

Komitə sədri qanun layihələrinin müzakirəsinin ləngiməsinə aydınlıq gətirdi

Read Next

Deputatlıqdan icra başçılığına gedənlər – İNDİ HARADADIRLAR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir