“BDU Azərbaycan tarixinin özüdür…” – MİLLƏT VƏKİLİ

Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 100 il ötür ki, bu, böyük mənədəni, syasi, elmi  və tarixi hadisədir. 1919-cu ildə  Azərbaycan Xalq Cümhuriyyəti (AXC), qurucu babalarımız tərəfindən yaradılan və Azərbaycan xalqına ərmğan edilən bu ilk ali təhsil  ocağı və onun timsalında elm məbədgahının təsis edilməsi tariximizin əhəmiyyətli, önəmli  bir hissəsi və parçasıdır. Son bir əsrlik tariximizi BDU olmadan təsəvvür etmək olmaz. BDU həm də ölkənin  siyasət, idarəetmə, kadr məktəbi oldu.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Azərbaycanın görkəmli, tanınmış dövlət, ictimai-siyasi xadimləri, böyük şəxsiyyətləri, böyük ziyalıları məhz bu ali təhsil ocağının yetişdirmələri olublar.

O, qeyd edib ki, fəalyiyət göstərdiyi 100  il ərzində BDU-nu yüz minlərlə, milyonlarla Azərbaycan vətəndaşı, Azərbaycan ziyalısı bitirib.

“Bu gün Azərbaycan dövlətçiliyində, ölkə idarəetməsində, ali qanunvericilik, icra və məhkəmə hakimiyyətlərində təmsil olunanların, dövlətin və dövlətçiliyin inkişafına töhfə verən insanların böyük əksəryyəti də məhz BDU-nun yetişdirmələridir.

BDU həm də hər zaman Azərbaycan ziyalılığının sütünü olub. Yusif Məmmədəliyev, Bəxtiyar Vahabzadə kimi nəhənglərimiz və digər böyüklərimiz, ziyalılarımız məhz BDU ilə bağlı olub, BDU-nun ziyalı obrazının yaradılmasında  və yaşadılmasında böyük rol oynayıblar.

Eyni zamanda, Azərbaycan ali təhsil ocaqları içində BDU dünyanın reytinq mərkəzlərinin ali məktəblərlə bağlı  nüfuzlu reytinq siyahılarında yer alan tək-tük universitetlərdəndir. Bu gün də BDU böyük inkişaf dövrü yaşayır. Azərbaycan dövləti və ölkə Prezidenti tərəfindən də hər daim BDU-ya böyük qayğı və diqqət var.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, bir müddət öncə BDU-nun yüz illiyinin qeyd olunması barədə Sərəncam imzalandı. İki gün öncə Azərbaycan ali təhsilinin, elminin inkişafında xidmətlərinə görə, onlarla BDU əməkdaşı, tanınmış elm xadimlərimiz, BDU-nun parlaq və aparıcı simaları dövlət başçısı tərəfindən ölkənin ən ali mükafatları, orden və medalları ilə təltif edildilər, elm xadimi  adına layiq görüldülər. Hər biri də öz fəaliyyəti ilə bunu haqq edirdi, buna layiq idi.

Dünən isə Konqres Mərkəzində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə BDU-nun yüz illiyi təntənəli şəkildə və yüksək səviyyədə qeyd olundu. Bunun özü BDU-ya, Cümhuriyyət qurucularımıza növbəti böyük dəyər, qiymət idi.

Yubiley mərasimində geniş nitq söyləyən dövlət başçısı bir daha BDU-nun yaradılmasında tarixi xidmətə və əməyə malik olanlara öz hörmət və ehtiramını ifadə etdi.

“Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir”-deyən dövlət başçısı BDU-nun 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verdiyini bəyan etdi.

O, həmçinin, AXC  süqut edəndən sonra BDU-un yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirdiyini vurğulayaraq, bildirdi ki, yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib, məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxıb və  onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini verib.

Bəli, BDU təkcə ali təhsil ocağı, elm məbədgahı olmayıb, həm də Azərbaycan tarixinin bir parçası, Azərbaycan ziyalılığının, Azərbaycan siyasətinin, Azərbaycan idarəciliyinin ünvanı, məkanı olub, bu gün də belədir. Belə bir ali təhsil ocağı ilə fəxr etməmək, qürur və iftixar hissi keçirməmək mümkün deyil.

Hesab edirəm ki, BDU bundan sonra da Azərbaycan ali təhsil ocaqları arasında birinciliyini, öncüllüyünü, öndərliyini qorumaqla, dünyanın ən nüfüzlu al məktəblərinin ilk yüzlüyündə və onun ilk sıralarında olacaq.  Buna hər cür imkan və potensial var.

BDU-ya uğurlar arzulayır, yubileyiniz mübarək olsun, deyirəm”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

GUAM PA-da Ermənistanın işğalçılıq siyasəti pislənildi…

Read Next

“İqtisadi, siyasi güc heç də hər şey demək deyil…” – KAMİLƏ ƏLİYEVA BDU-NUN YÜZ İLLİYİNDƏN VƏ PREZİDENTİN ÇIXIŞINDAN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir