BDU-nun 100 illiyi ilə bağlı – MM-İN PLENAR VƏ KOMİTƏ İCLASLARININ VAXTI DƏYİŞDİRİLDİ

Milli Məclisin(MM)  payız sessiyasının növbəti plenar iclasının vaxtı dəyişdirilib.

Etikxeber.az-ın xəbərinə görə, belə ki,  iclasın vaxtı noyabrın 26-dan 25-nə keçirilib.

İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq.

Bunlar “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.

Qeyd edək ki, ayın 25-də parlamentin həm də Səhiyyə komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasının keçirilməsi nəzərdə tutulurdu.

Lakin plenar iclasın 25-nə salınması ilə  bağlı komitələrin birgə iclası sabaha-şənbə gününə təyin edilib.

İclasda icbari tibbi sığortanın ölkə üzrə gələn ildən bütövlükdə tətbiqi ilə bağlı qanunvericiliyə ciddi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gözlənilir.

Qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin imzası ilə parlamentə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsinin parlamentin 25-də keçiriləcək  plenar iclasına tövsiyəsi nəzərdə tutulur.

Həmçinin, qeyd edək ki, plenar iclasın vaxtının dəyişdirilməsi Azərbaycanın ilk ali təhsil ocağı-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) yaranmasının yüz illik yubliyeyinin  rəsmi və təntənəli şəkildə qeyd edilməsinin nəzərdə tutulması ilə bağlıdır.

Həmin gün ölkənin hökumət və dövlət rəsmiləri, millət vəkilləri tənətənəli yubiley mərasiminə qatılacaqlar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar” – KOMİTƏ SƏDRİ – YENİLƏNİB – (1)

Read Next

Əliyeva, Abiyeva yoxsa Əliyeva? – OMBUDSMANLIĞA NAMİZƏDLƏRLƏ BAĞLI MƏSƏLƏYƏ BAXILDI VƏ…- YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir