“BDU-nun adı onun qurucusuna qaytarılacaq…” – “MÜSAVAT” BAŞQANI

Əminəm ki, çox da uzaqda olmayan bir gün BDU-nun adı onun qurucusuna qaytarılacaq.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyində onun qurucusu Rəsulzadənin, Müsavat hökumətinin adını çəkmir…Hamı satqındır, fəraridir, hamı qaçıb… AXC-Müsavat hakimiyyəti də, Xalq Cümhuriyyəti hakimiyyəti də idarə edə bilmirmiş, hətta bütün əvvəlki kommunist liderlər də yararsız, fərari olub…”- deyən “Müsavat” başqanı BDU-nun 100 illiyində  onun  və Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni məmnuniyyətlə andığını, bütün Azərbaycan xalqını təbrik etdiyini bildirib.

“Əminəm ki, çox da uzaqda olmayan bir gün həqiqət parlayacaq. BDU-nun adı onun qurucusuna, Azərbaycan dövləti onun əsil sahibinə, Azərbaycan xalqına qaytarılacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bakı Parlament Platforması unikal bir platformaya cevriləcək…” – BAHAR MURADOVA – FOTOLAR

Read Next

Təhsil kreditləri məsələsi yenə düyünə düşdü-MÜZAKİRƏLƏRDƏN ÇIXARILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir