Bekhemin gündəlik qazancı 87 min ABŞ dolları təşkil edir

İngiltərə millisinin sabiq ulduz futbolçusu Devid Bekhem gündəlik qazancı ilə mətbuatın diqqətini çəkib.

Etikxeber.az xəbər verir ki, 2013-cü ildə futbolla vidalaşan Bekhem hazırda peşəkar biznes sahəsində püxtələşib. O, bir çox brendə geyim dizaynları verir. Reklamlarda da model kimi çəkilən oyunçunun gündəlik qazancının 71 min funt sterlinq (təxminən 87 min ABŞ dolları) olduğu açıqlanıb.

Qırx bir yaşlı məşhurun yeni şirkəti olan “Seven Global LLP” 7 ay ərzində 8.6 milyon funt sterlinq (təxminən 10 milyon 600 min dollar) gəlir əldə edib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub

Read Next

Deputat Prezidenti belə təbrik etdi: “Sizi Tanrı və dəyər verdiyiniz Xalqınız qorusun!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir