“Belə adamlarla nə müzakirə, hansı müzakirə aparmaq olar?” – MİLLƏT VƏKİLİ

Bu dövlət hamımızındır. Onu qorumaq da hamının borcudur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının  (ADMP) sədri Elşən Musayev  deyib.

“O gün Dəyirmi masada müxalifət funksionerinin dilindən gördünüzmü hansı fikir səsləndi? Demə,“üsyan hüququ” varmış, amma bizim xəbərimiz yoxmuş. Belə adamlarla nə müzakirə, hansı müzakirə aparmaq olar?”-deyən siyasətçinin sözlərinə görə, təbii, radikal deyil, konstruktiv müxalifət qanadında bizimlə müəyyən məsələlərdə fərqli düşünən, fəqət millətçil, dövlətcil olan insanlar var.

“Qüdrət Həsənquliyev də müxalifətdir, düşüncəsini açıq şəkildə dilə gətirən adamdır, bir çox məsələlərdə iqtidarla eyni fəlsəfəni bölüşmür. Amma ləyaqəti, şərəfi, mənliyi həmişə üstündədir, əsl dövlət cəfakeşidir, əsl kişi obrazına sahibdir.

Masada belə ləyaqətli müxalifətlə üzbəüz oturmaq lazımdır, polemika, müzakirə onlarla aparılmalıdır.

Eyni zamanda, vətəndaş cəmiyyətinin də bu istiqamətdə böyük hərəkətliliyinə ehtiyac var.

Çünki hazırda siyasi kontingentlə bərabər ictimai yük daşiyan insanların da sayı olduqca çoxdur. Mən sizə tam səmimi deyim ki, sosial şəbəkələrdə, cəmiyyətdə öz sözünu, əsas da doğru sözü söyləyən insanların böyük əksəriyyəti məhz ictimai fəallardır.

elsan musayev

deyirmi

Onların içində vətənpərvər, millətini sevən insanların sayı yetərincədir. Yəni, sözümün canı budur ki, fərq etməz kim hansı cəbhədədir, dövlət marağını şəxsi maraqlardan üstün tutan hər kəsi mövzu ətrafında birləşdirmək və xaricdə ölkəmizə qarşı planlanan məkrli ssenarilərə qarşı səfərbər etmək  lazımdır.

Bu dövlət hamımızındır. Onu qorumaq da hamının borcudur…”-deyə, E. Musayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

QDİƏT PM-in Soçidə komitə iclası keçiriləcək

Read Next

“Danışıqların gələcəyi beynəlxalq birliyin, İslam ümmətinin qətiyyətindən asılıdır” – MƏMMƏDYAROV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir