“Belə gərgin bir dövrdə bu görməmişlik, insanlarda qıcıq və hiddət oyatmaq, “karantinin yalnız kasıblar üçün olması” görüntüsünü formalaşdırmaq kimə lazımdır?”-DEPUTAT HİDDƏTLƏNDİ…

Biz mütəmadi olaraq səsimizin çatdığı qədər insanları karantin qaydalarına əməl etməyə çağırırıq. Başa düşən də olur, düşməyən də. Lakin bilməliyik ki, bu gün karantin qaydaların əməl edərək virusa yolxumamaq, xəstəliyi yaymamaq sözün əsl vətənə, dövlətə xidmətdir! Təmsil etdiyim Biləsuvarda xeyli insan var ki, pandemiyaya qədər Bakıda günü 10-15 manata fəhləlik edib yarıac, yarıtox balasını saxlayırdı. Onların hamısı karantin təbirləri başlayandan bu günə qədər dövlətin haqlı çağırışına qoşularaq evində oturub, çoxu quru çörəyin və əgər torpaq sahəsi yoxdursa aldığı yardımın ümidinə yaşayıb dözməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“İnsanların bir qisminin ruzisi qonşu dövlətdən çıxırdı, bu gün gediş-gəliş yox, paytaxta da yol bağlı.Bir daha deyirəm, əlbəttə bunlar karantin tədbirləri ilə bağlı olan çətinliklərdir, başa düşüləndir, dözməliyik də…”-deyən millət vəkilinin sözlərinə görə, lakin son günlər həm sosial şəbəkələr üzərindən, həm ayrı-ayrı internet resurslarından paytaxt sakini olan kifayət qədər vətəndaşımızın bölgələrdəki bahalı otellərdə istirahətinin şahidi oluruq.

“Şəxsi təyyarələri olan soydaşlarımızın sərhədlər tanımadığını görürük.Mən kiminsə lüks həyatının əleyhinə deyiləm, heç ola da bilmərəm, indi Sovet dövrü deyil. Otellərə qarşı da deyiləm, əksinə, xüsusi tədbir alınmaqla turizmin bərpasına çalışmalıyıq. Lakin hər kəsə bərabər yanaşmaqla. Ya hamıya, ya heç kəsə. Kimin varsa və halal yolla qazanıbsa, Allah daha artıq etsin, lakin belə gərgin bir dövrdə bu görməmişlik, insanlarda qıcıq və hiddət oyatmaq, “karantinin yalnız kasıblar üçün olması” görüntüsünü formalaşdırmaq kimə lazımdır? Sizi izləyənlər yalnız öz ətrafınız deyil ki, sizi o dediyim yarıac fəhlə də görür. Bir də bu gözlə baxaq. Unutmayaq, biz birlikdə güclüyük, bu cür “görməmişliklə” gücümüzü, ruhumuzu bölməyək!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

70 yaşlı “AZAL” prezidenti “Şərəf”lə-TƏLTİFLƏNDİ

Read Next

“Bunu həmin vaxtlar bankların, valyutadəyişmə məntəqələrinin qarşısında yaranan növbələrdən də görmək mümkün olurdu…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ ARDNF-İN FƏALİYYƏTİNİ TƏQDİR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir