“Belə hadisələr Müsavatı sarsıtmaz” -“MÜSAVAT”DAN İTTİHAMLARA CAVAB GƏLDİ

Müsavata qarşı aparılan kampaniyaya ilk böyük zərbə Bakıda keçirilən əməliyyat nəticəsində Müsavat və digər partiyalar adından saxta sənəd verən cinayətkar dəstə aşkarlanması ilə dəydi.

Etikxeber.az xəbər verir ki, bunu “Müsavatı”ın başqqanı Arif Hacılı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son ittihamlarına cavabında bildirib.

“İndi Almaniyada bu məsələrlə bağlı cinayət təqibi başlayıb. Bütün mətbuat və sosial media resurslarından istifadə edərək burada da Müsavatı hədəfə gətirmək cəhdləri alınmadı. Əli Həsənov yazır ki, araşdırma davam etdikcə yeni faktlar üzə çıxır. Halbuki yeni faktlar üzə çıxdıqca ilkin olaraq Müsavat əleyhinə yönəlmiş məlumatların əsasən yalan olduğu üzə çıxır. Bəzi üzvlərimizə, Müsavat AKM-ə qarşı irəli sürülən ittihamlar sabun köpüyü kimi partlayır”-deyən “Müsavat” başqanı iddia edir ki, İlham Həsən həbs olunmayıb, mühacir biznesi ittihamı ilə həbs olunan şəxs Müsavata heç bir aidiyyətı olmayan hüquq firmasının rəhbəridir. Həbs olunan digər şəxs isə hələlik yayılan məlumatlara görə qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir.

“…Əli Həsənov belə vəziyyəti yüksələn iqtisadi inkişaf kimi dəyəgləndirir Müsavatın məsələlərə yanaşma kriteriyası isə fərqlidir. Müsavat, hətta bir üzvünün qeyri-qanuni fəaliyyətinə göz yummaq niyyətində deyil. Əgər Müsavat üzvünün qeyri-qanuni bizneslə məşğul olması Almaniya ədalət mühakiməsi sistemi tərəfindən təsdiq olunarsa, Müsavat Partiyası da bu məsələyə adekvat reaksiya verəcək. Belə hadisələr Müsavatı sarsıtmaz”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

“Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir