“Belə isti havada, üstəlik karantin şəraitində bu cür problem yolverilməzdir!”-DEPUTAT AİDİYYATI QURUMLARA SƏSLƏNDİ…

Son günlər Biləsuvarda içməli su təminatında problemlər müşahidə olunmaqdadır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, əslində bu problem tək Biləsuvarı yox, ümumiyyətlə, bir sıra bölgələrimizi, hətta paytaxt Bakının bir sıra mərkəzi ərazilərini əhatələyir.

“Təbii ki, məsələdə deputat səlahiyyət sahibi deyil, lakin problemdən xəbər tutan kimi seçicilərin şikayətini dərhal aidiyyatı strukturla çatdırdıq. Bizə verilən məlumata görə, vəziyyət Kürdə suyun çox azalması ilə əlaqədardır və rayonda suyun verilməsi bu gün 20:00 dan 08:00a kimi, iyunun 14 dən isə gündə iki dəfə səhər 06:00 dan günorta saat 12:00 dək, axşam saat 19:00 dan gecə saat 01:00 dək nəzərdə tutulub. Hesab edirəm ki, bu cür çətin vəziyyətin yenidən təkrarlanmaması üçün içməli su təminatı sahəsində köklü işlər aparılmalıdır. Kürdə su birinci dəfə deyil ki, azalır, aidiyyatı qurum belə məsələlərə əvvəlcədən hazır olmalıdır. Belə isti havada, üstəlik karantin şəraitində bu cür problem yolverilməzdir!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

DİN Mingəçevirdə 6 piyadanın vurulması ilə nəticələnən qəza haqda-MƏLUMAT YAYDI

Read Next

“Əl verib salamlaşmayın, öpüşüb-görüşməyin, maska taxın…”-MÜXALİFƏT PARTİYASININ LİDERİNDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir