“Belə örnəkləri görən yetişməkdə olan yeni nəsil, indikindən də mübariz və vətənpərvər olacaq!”-SAHİB ALIYEV – FOTOLAR

Tərtərdə şəhid ailələrini ziyarət edərkən qürurlandırıcı xeyli faktlarla rastlaşdım ki, ikisini də diqqətə çatdırmaq istəyirəm.

Şəhid Mehdi Məmmədovun doğmalarının Sarıcalıda heç də yaxşı şəraitdə yaşamadığını görən Xəqani Məmmədov, Əhliman Səfərov və digər soydaşlarımız qabağa düşərək özləri kimi qəlbləri imkanlarından qat-qat böyüklərin yardımıyla onlar üçün yeni ev tikmək qərarına gəliblər.

Mən şəhdin ailəsinə baş çəkəndə də tikinti gedirdi və artıq evin üstünü örtməyə hazırlaşırdılar.

Ən sevindiricisi isə odur ki, tərtərlilərlə yanaşı ölkəmizin digər yerlərindən də bu təşəbbüsə qoşulan soydaşlarımız var.

Məsələn, dülgər Fidail Qarayev əslən İsmayıllıdandır, oğlu Ülvini də yanına alaraq Bakıdan Sarıcalıya gəlib və şəhidimizin ailəsi yaşayacaq yeni evin taxta işləriniı heç bir haqq götürmədən o görür.

İsmayılbəylidə isə camaat öz hesablarına kəndin iki şəhidi üçün xatirə bulağı düzəldiblər.

Biz orada olanda son tamamlama işləri gedirdi.

Şəhidlərimzin ruhları qarşısnda baş əyir, onların doğmalarına bu cür doğmalıq göstərənlərə isə öz sayğı və ehtiramımı bildirirəm!

Əminəm, yurdumun digər yerlərində də oxşar addım atanlar var.

Belə hallar təbliğ və təşviq edilməlidir ki, onların sayı daha da çoxalsın.

Orasını da deyim ki, bütün bunlar təkcə xeyirxahlıq yox, həm də xalqın bütövlük, birlik və güc göstəricisidir!

Ona da əminəm ki, belə örnəkləri görən yetişməkdə olan yeni nəsil, indikindən də mübariz və vətənpərvər olacaq!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ağıllı düşünsünlər, ağıllı qərar versinlər, əks halda, uduzan yenə onlar olacaq”-JALƏ ƏLİYEVADAN “ÜÇTƏRƏFLİ GÖRÜŞ” DƏYƏRLƏNDİRMƏSİ

Read Next

“Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq”-İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini – QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir